Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA 100-ə yaxın obyektdə nöqsan aşkarladı



Newscenter.az.22.06.2020. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Newscenter.az-a qurumdan bildirilib ki, AQTA əməkdaşları tərəfindən 21 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 124 ictimai iaşə obyekti, 186 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 99-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

◾ Qəbələ rayonunda Qəribov Elxan Həmdiyə oğluna məxsus “Elxan həftə bazarı”

◾ Neftçala rayonunda Lətifov Qalib Heydər oğluna, Dadaşov Qəni İsrafil oğluna, Mirzəyeva Vüsalə Əlipaşa qızına və Sultanov Rəşad Rauf oğluna məxsus ərzaq mağazaları

◾ Şamaxı rayonunda “Türk yarpaq dönəri” restoranı, “Sarvan” market, “Ülvi” market, “VİP” market, “Ruzi” market, “Bəyaz” market
İsmayıllı rayonunda “Göl istirahət guşəsi” restoranı

◾ Ağstafa rayonunda Kosayev Qara Mirzə oğluna məxsus kafe

◾ Quba rayonunda Hacıyev Qoşqar Zamir oğluna və Ramazanov Natiq Qulammirzə oğluna məxsus ərzaq mağazaları

◾ Beyləqan rayonunda “Xan qızı” restoranı, “3 qardaş” kafe, “Beta” ərzaq mağazası və “Oba” market

◾ Zərdab rayonunda “Balıq” restoranı

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Orxan
Xəbəri paylaş