Newscenter.az.24.06.2020. İyunun 24-də Moskva şəhərində Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu da iştirak edib.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirə fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də qatılıb.