Newscenter.az.30.06.2020. "Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT -in Minsk qrupunun həmsədrləri ilə videokonfrans vasitəsilə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Bu müzakirə zamanı atəşkəsin qorunması və danışıqların aparılması barədə fikir mübadiləsi aparılıb. Minsk qrupunun həmsədrləri "Hamının Hamıya" prinsipi üzrə əsirlərin dəyişdirilməsi, "Yenilənmiş Madrid prinsipləri" üzrə danışıqların aparılmasını Ermənistana qəbul etdirə bilmir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, Ermənistan hakimiyyəti iki prinsipdən yayınır və və bu da danışıqları mənasız edir:
“Onlar yalnız atəşkəsin qorunmasına razılaşırlar. Ermənistan əsirlərin dəyişdirilməsini separatçıların işidir deyərək, avatüraya əl atır. Halbuki, Nikol Paşinyan prezident İlham Əliyevə bununla bağlı məşğul olacağını vurğulamışdı. Amma, bir ildən artıqdır ki, Nikol Paşinyan bu məsələdən də geri çəkilib. Həmçinin rəsmi Yerevan öz təklifi ilə çıxış edərək, separatçıların da prosesdə yer almasını irəli sürmüklə həll prosesini tormozlayır”.
Politoloq deyib ki, Misnk qrupunun həmsədrləri bu videokonfrans danışıqları keçirməklə, status-kvonu qoruyur:
“Əgər, Minsk qrupunun həmsədrləri əsirlərin dəyişdirləməsinə nail olmasa və "Yenilənmiş Madrid prinsipləri"ni Paşinyan iqtidarına qəbul etdirə bilmirsə, öz fəaliyyətini dayandırmalıdır. Belə olan təqdirdə, rəsmi Bakı təkcə danışıqlara sadiq qalmamalı, hərbi təzyiqlərə əl atmalıdır. Bir məsələni qeyd edim ki, ABŞ -ın danışıqlarda passivliyi təssüf doğurur. Görünür, ABŞ -da prezident seçkiləri, Tramp adminstrasiyasının Yaxın Şərq, Avropa ilə bağlı siyasətinə, konfliktlərin həllinə marağı azaldıb. Bu da Rusiyanın daha da güzəştsiz mövqe və status-kvonun qorunması üçün əlindən gələni edəcəyinə zəmin yaradıb”.
Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin vidoekonfrans vasitəsilə danışıqlarından da ciddi bir proses gözlənilmir:
“Ermənistan hakimiyyəti hazırda daxili siyasi gərginlikdən dolayı cəbhədə atəşkəsin qorunmasında maraqlıdır . Nikol Paşinyana qarşı müxaifətin təzyiqlərinin artdığı bir dönəmdə onun kompromisə gedəcəyi mümkün deyil. Heç əsirlərin dəyişdirilməsinə getməyəcək. Bu danışıqlardan da müsbət dinamika gözlənilmir. Azərbaycan Ermənistan tərəfinə Qarabağa üçüncü yolun çəkilməməsi, Qubadlı və Zəngilanda yaşayış yerlərinin salınmaması barədə ciddi ultimatum verməli və bunun hərbi təzyiqlərlə cavab veriləcəyini vurğulamalıdır. Ümumiyyətlə Azərbaycan xarici işlər nazirliyi Ermənistanla bu gün apardığı danışıqların nəticələrini elan etməlidir və Ermənistanın mövqeyini qeyd etməlidir. Azərbaycan XİN bugünki danışıqlarda Ermənistan tərəfinin ərazilərin boşaldılmasında maraqlı olub-olmamasını ictimaiyyətə çatdırmalıdır. Bu ilin axırına qədər münaqişənin həllində Ermənistan tərəfinin addım atması gözlənilmir. Rusiya da prosesdə maraqlı deyil”. Politoloq onu da deyib ki, Azərbaycanın Türkiyə ilə birgə mövqe ortaya qoyması və Araz boyu ərazilərdə hərbi əməliyyat keçirməsi mümkündür: “Bununla da separatçıların İranla quru əlaqəsini kəsmək və Ermənistanı güzəştə gətirmək deyil, ərazilərdən çıxarmaq lazımıdır. Azərbaycanın buna getməsi mümkündür. Məhz Azərbaycan ordusunun bu istiqamətdə hazırlığı yüksək səviyyədədir”.
Mehman