Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb



Newscenter.az.1.07.2020. Türkiyənin Van bölgəsində göyərtəsində qaçqınlar olan qayığın batması nəticəsində 60-a yaxın insan itkin düşüb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, qayıqda, təxminən, 55-60 qaçaq miqrant olub. Qayıq Van gölündə qəzaya uğrayıb. Nazir bildirib ki, 6 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.

S.Soylu deyib ki, hadisə ilə əlaqədar 11 nəfər tutulub.
Xəbəri paylaş