Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb



Newscenter.az.1.07.2020. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin iyun ayı ərzində valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən Newscenter.az-a bildirilib ki, bu keçən ayla müqayisədə 40 milyon dollara yaxın artıqdır. Belə ki, keçən ilin may ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Sevinc
Xəbəri paylaş