Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan koronavirus pandemiyasından sonra ilk xarici səfərinə çıxıb



Newscenter.az.2.07.2020. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Qatara birgünlük işgüzar səfərə gedib.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu, R.T.Ərdoğanın dünyada koronavirus pandemiyası yayılmağa başlayandan sonra ilk xarici səfəridir.

Onu maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Türkiyə prezidenti Qatar əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, regional məsələlər müzakirə olunacaq.
Xəbəri paylaş