Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər Rusiyadan gələn yük avtomobilində siqaret və spirtli içkilər aşkar etdi



Newscenter.az.3.07.2020. Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları spirtli içki və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Bu barədə Newscenter.az DGK-ya istinadən xəbər verir.

Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi " Volvo" markalı yük avtomobili saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 6 000 ədəd " Parliament Heets" markalı siqaret və gömrük nəzarətinə bəyan olunmayan 16 ədəd 0,7 litrlik " Beluga Noble" markalı spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş