Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident daim tutarlı faktlar və məntiqi arqumentlərlə işğalçı ölkəni ifşa edib



Newscenter.az.3.07.2020. Hazırda dünyanın ən böyük bəlasına çevrilmiş yeni növ koronavirus(COVID-19) infeksiyasının yaratdığı fəsadlar öz sözünü deməkdədir. Təəssüf ki, ölkəmizdə koronavirusla mübarizə tədbirləri ilin əvvəlindən başlanılsa və ciddi qabaqlayıcı tədbirlər görülsə də, hazırda yoluxma sayı arzuolunmaz həddə çatıb. Buna baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni növ koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının maksimum dərəcədə qorunması istiqamətində mühüm qərarlar qəbul edilməkdə davam edir. Bu da ölkə başçısının yaranmış bu gərgin situasiyaya çevik və uğurlu reaksiyasının nəticəsidir. Çünki əgər zamanında verilən qərarlar və ciddi sosial izolyasiya tədbirləri olmasaydı indi pandemiya ölkəmizdə daha ağır fəsadlara yol açardı. Hazırda bu istiqamətdə uğurla həyata keçirilən davamlı, düşünülmüş tədbirlər ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin razılıq hissi ilə qarşılanır.

Azərbaycan Prezidenti gərgin iş şəraitində çalışaraq günboyu yalnız koronavirusla mübarizə tədbirlərini nəzarətdə saxlamaqla davam etmir, beynəlxalq aləmdə cərəyan edən mühüm hadisələri də dərindən izləyərək analiz edir, Azərbaycanın nüfuzunun daha da yüksəldilməsi üçün öz əməyini əsirgəmir. Son aylarda təşkil edilən mühüm vidoekonfranslar və Prezidentin bu onlayn görüş, tədbirlərdə aktiv iştirakı da deyilənlərə bariz nümunədir. Məsələn, iyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşün keçirilməsi də bu qəbildəndir. Nəinki belə üçtərəfli görüşlər, beynəlxalq tədbirlərin də təşkili və Azərbaycanın burada aktiv təmsil olunması da qürur hissi yaradır. Təsadüfi deyil ki, ötən ay Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana uğurlu şəkildə öz yerini göstərdi. Bu zaman-zaman belə olub, bu il artıq ikinci dəfədir ki, cənab Prezident işğalçı ölkə rəhbəri ilə dialoqunda onu ifşa edir, fikir və düşüncələrində, yürütdüyü siyasətdə nəinki yanlış yolda olduğunu göstərir, hətta rasizm və nasist siyasət sərgilədiklərini sübuta yetirir. Son olayda isə ölkə başçısı demişdi: “Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Yəni həqiqətən də bir neçə dəfə tarixi faktlarla Ermənistan rəhbərlərinə öz yerini göstərən ölkə başçısının sərgilədiyi uğurlu siyasət artıq dünya ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir və işğalçı ölkənin yalan dolu xarici siyasət kursu ciddiyə alınmır. Artıq dünyada güclənən, qüdrətlənən, uğurlu iqtisadi siyasət sərgiləyən, regionun aparıcı ölkəsi olan və bir sıra mühüm beynəlxalq layihələrə imza atana Azərbaycan görürük. Bu da heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin qətiyyətli və uğurli daxili və xarici siyasətinin məntiqi nəticəsidir.

Nərmin Hüseynzadə

Yeni Azərbaycan Partiyası(YAP) Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin sədri
Xəbəri paylaş