Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Səhiyyə Təşkilatı: Koronavirusun təsir gücü dəyişməyib



Newscenter.az.10.07.2020. "COVID-19 virusunun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

“Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir”, – o deyib.

Onun sözlərinə görə, virusun genetik cəhətdən müxtəlif olması elə bir əhəmiyyət daşımır, çünki virusun davranışını müəyyənləşdirən əsas genlərdə dəyişiklik yoxdur.
Xəbəri paylaş