Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü dövlətin güclü lideri



Newscenter.az.11.07.2020. Hazırda müasir dünyamız sınaq qarşısındadır. "COVİD19" virusu bütün dünyanı sınağa çəkdiyinə görə bir çox ölkələr siyasi-iqtisadi tənəzzül yaşayır. Pandemiyanın səbəb olduğu sosial izolyasiya insanlardan həm sağlamlığını alır həm də maddi durumlarında qeyri-stabillik, durğunluq yaradır.

Azərbaycan xalqı da bu təbii bəladan yaranan sıxintıları hiss etsə də, Azərbaycan Respublikası prezidenti, cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti xalqımızın bu sıxıntını hiss etməsini minimuma salır. İlk gündən sosial izolyasiya tədbirlərinin dövlət təminatina alinması, "Koronavirusla mübarizəyə dəstək fondu"nun yaradılması, əhalinin pandemiya ilə əlaqədar evdə oturan qisminin birdəfəlik dövlət yardımı alması, Prezidentin iş yerlərinin ixtisara salınmaması ilə bağlı birmənalı, kəskin göstərişi, Sumqayıtda tibbi maska zavodunun açılişi virusun ölkəmizə vurduğu zərəri minimuma endirir. Ölkə başçısı vətəndaşların ona olan inam və etibarının onun xalqa olan diqqət və qayğısının sözdə yox əməldə olduğunu tək region dovlətlərinə yox eyni zaman da həm də pandemiyadan əziyyət çəkən bütün dünya olkələrinə göstərdi. Bu göstəri ilə yanaşı cənab prezidentin humanist və insanlığa sevgi və qayğı ilə yanaşması tək Azərbaycanın yox, digər olkələrin də pandemiyanın vurduğu zərəri minimuma endirmək cəhdi də təqdirəlayiqdir.

Cənab prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının kecirilməsi çağırışı da onun humanistlik göstəricisinin həm də qətiyyətli liderlik xüsusiyyətindən xəbər verir. Prezident İlham Əliyevin BMT-yə üzv ölkələrin "COVİD 19" virusu ilə mübarizədə "Azərbaycan modeli"nə kecəcəkləri təqdirdə digər ölkələr ilə müqayisədə daha az iqtisadi və sosial zərərlə pandemiyaya qalib gələcəklərini gostərməsinin sübutu cənab prezidentin çagirışına 192 olkənin 130-dan çoxunu dəstəkləməsidir. Bu say İlham Əliyevin beynəlxalq nüfuzunun və Azərbaycanda həqiqətən "COVİD 19" pandemiyası ilə mübarizədə effektli addımlar atdığına dünya olkələrinin inamının göstəricisidir.

Ümid edirik ki, dünya ölkələri cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu təcrubəsindən istifadə edər və bizimlə birlikdə dünyanı bürümüş bu bəlaya qalib gəlmiş olarıq

Nərmin Hüseynzadə

YAP Zəngilan rayon təşkilatınin Gənclər Birliyinin sədri
Xəbəri paylaş