Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın 43 siyasi partiyası milli həmrəylik bəyanatını imzaladı – SİYAHI



Newscenter.az.15.07.2020. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı qəbul olunub.

Newscenter.az-ın məlumatına görə bəyanatı 43 partiya imzalayıb.

Bəyanatda deyilir: “İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilib. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilib. Erməni hərbiçiləri iyul ayının 13-də və 14-də də döyüşləri davam etdirib, habelə Ermənistan-Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərib. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalıb. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!

Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb. Erməni rəhbərliyi birinci dəfə deyil ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.

Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.

Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyil və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.

Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.

Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
AĞ Partiya – Tural Abbaslı
Ana Vətən Partiyası – Fəzail Ağamalı
Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
Azadlıq Partiyası – Əhməd Orucov
Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev
Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
Birlik Partiyası – Xudadat Xudiyev
Böyük Azərbaycan Partiyası – Elşad Musayev
Böyük Quruluş Partiyası – Fazil Mustafa
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
Ədalət Partiyası – İlyas İsmayılov
Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
Qorqud Partiyası – Firudin Kərimov
Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
Milli Konqres Partiyası – İxtiyar Şirinov
Milli Vəhdət Partiyası – Yunus Oğuz
Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
Vəhdət Partiyası – Tahir Kərimli
Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
Yeni Zaman Partiyası – Musa Ağayev”.
Xəbəri paylaş