Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın 10 hərbçisi yaralanıb, vəziyyətləri ağırdır



Newscenter.az.15.07.2020. Azərbaycan Ordusunun düşmənə qarşı keçirdiyi cəza tədbirləri nəticəsində yaralanan Ermənistan hərbçilərinin vəziyyəti ağırdır.

“Report” xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.

Onun sözlərinə görə, döyüşdə yaralanan 10 hərbçidən 1-nin vəziyyəti kəskin ağır, 5-nin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə Nazirliyi ümumilikdə 4 hərbi qulluqçusunu itirdiyini etiraf etmişdi.
Xəbəri paylaş