Newscenter.az.18.07.2020. Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.
Newscenter.az-ın məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.
K.Yaqubovun tanışlarının sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub. İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib.
Anar Tağıyev