Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu keçdi



Newscenter.az.18.07.2020. Dünyada bir gün ərzində koronavirusa rekord sayda – 237,7 min yoluxma aşkar edilib və virusa yoluxanların ümumi sayı 13,6 milyonu ötüb.

Newscenter.az RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son məlumata əsasən, bir gün ərzində yeni koronavirus infeksiyasına 237 743 yoluxma qeydə alınıb, COVID-19-dan 5 682 pasiyent ölüb.

Beləliklə, dünyada xəstəliyin aşkar edilmiş hallarının ümumi sayı 13 616 593, ölüm hallarının sayı 585 727 təşkil edir.

Qeyd edək ki, əvvəlki rekord 12 iyulda qeydə alınıb. Həmin gün 24 saat ərzində COVID-19-a 230 mindən çox yoluxma aşkarlanmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Anar Tağıyev
Xəbəri paylaş