Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat: "Azərbaycanda din sahəsinə, böyük diqqət və qayğı var"



Newscenter.az.25.07.2020. “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfransda “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması” mövzusunda çıxış etdim. Azərbaycan qədim dövrlərdən müxtəlif din və mədəniyyətlərin yayıldığı, ayrı-ayrı dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkanlardan biri olmuşdur. Bu gün də Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qarşılıqlı anlaşma mühitində yaşayır, dövlət onlara diqqət və qayğı göstərir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. O, bildirib ki, bu gün Azərbaycanda din sahəsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı var:

“Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və böyük uzaqgörənliklə davam etdirilir. Məhz həmin siyasət nəticəsində bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu reallıq dünya ölkələri tərəfindən də qəbul edilir, yüksək qiymətləndirilir”.

Mehman
Xəbəri paylaş