Newscenter.az.25.07.2020. “Bu günlərdə Belçikada vəziyyət o qədər də yaxşı deyil. Diaspor təşkilatlarının rəhbərləri hər zaman hədəfdədirlər”.
Bu fikirləri Newscenter.az-a Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi adıçəkilən ölkədə ermənilərin azərbaycanlılara qarşı vandal hücumlarını şərh edərkən səsləndirib. O, qeyd edib ki, təşkilat olaraq azərbaycanlıların diqqətli olmalarına çalışırlar:
“Biz insanlarımızı hər zaman xəbərdar edirik. Eyni zamanda bunu səfirliklər, diplomatlar da etməlidir. Ancaq təəssüf ki, insanlarımızın düşünülməmiş addım atmalarına göz yumulur. Bu belə olmamalıdır”.
Ayhan Dəmirçi deyib ki, Avropada çox diqqətli olmaq lazımdır. Çünki təhlükənin haradan gələcəyi bəlli deyil:
“Diaspor təşkilatları olaraq bizlər ve səfirliklər xalqı məlumatlandırmalıyıq. Prezident İlham Əliyev diplomatlar haqqında çox gözəl bir fikir söylədi, ancaq təəssüf ki, dinləyən kim?”.
Ayhan Dəmirçi onu da diqqətə çatdırıb ki, insanlarımızın səfirliklər qarşısında toplanması normal deyil. Çünki qarşıdurmalar zamanı ölüm hadisəsi kimi xoşagəlməz olaylar yaşana bilər.
Mehman