Newscenter.az.28.07.2020. “Virus hepatitlər çox əhəmiyyətli sferik sağlıq problemidir. Ümumiyyətlə hepatitlər dünyada yüz milyonlarla insana təsir edir, kəskin və xroniki xəstəliklərə yol açır”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Davinçi Hospitalın Qastroenteroloq Hepatoloqu Aysel Əskərova deyib ki, məhs buna görə də dünyada viral hepatitlərin müalicə və profilaktikasında strateji planlar hazırlanır:
“Dünyada təqribi olaraq 290 milyon insan fərqində olmadan virus hepatitlə yaşayır. Bu o deməkdir ki o insanlar xəstəliklərindən xəbərsiz həyata davam edirlər, neçə-neçə insanları yoluxdururlar və ən nəhayətində virus hepatitlərə bağlı ağırlaşmalarla həyatlarını itirirlər”.
Aysel Əskərova qeyd edib ki, hepatit xəstəlikləri ilə əlaqəli strateji planın məqsədi bu "gizli milyonları" tapmaqdır:
“Maariflənmələrin və planların məqsədi ondan ibarətdir ki, 2030-cu ilə qədər virus hepatitləri qlobal problem olaraq aradan qaldırılsın. Bunun üçün isə o gizli "milyonlar" bizə kömək etməlidir. Bunu etmək çox asandır. İstənilən vaxt, istənilən mərkəzdə Hepatit B və C testlərindən keçməklə və Hepatit B peyvəndini etdirməklə bu sferik problemin çözülməsində iştirak edə bilərlər. Qeyd edim ki, Azərbaycan Respublikasının peyvənd təqviminə əsasən yeni doğulmuşlara peyvənd tətbiq edilir. Amma yetkin insanlar özləri fərdi formada həkimə müraciət edib peyvənd oluna bilərlər".
Sevinc