Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gender stereotiplərinin qarşısının alınmasında təhsilin rolu müzakirə ediləcək



Newscenter.az.28.07.2020. Dünyada, xüsusilə ölkəmizdə tez-tez qadınlara qarşı istifadə olunan gender stereotiplərini eşidirik. Bu stereotiplər özünü müxtəlif istiqamətlərdə büruzə verir.

Özəlliklə ictimaiyyət arasında, iş yerlərində qadınlara qarşı istifadə olunan stereotiplərlə tez-tez qarşılaşırıq: “Sən qızsan sənə olmaz”, “Sən qadınsan bacarmazsan” və s. Bu məsələ bir çoxlarımızı narahat edir.
Bəs bu stereotiplərin meydana gəlməsi, cəmiyyətdə öz əksini tapması nədən qaynaqlanır? Və ya bu stereotiplərdən istifadənin qarşısını necə ala bilərik?

Bir çox problemlərin həllində olduğu kimi gender stereotiplərinin qarşısının alınmasında da təhsilin, dünyagörüşünün, xüsusilə gender əsaslı kitabların rolu olduqca böyükdür.

Gender Hub Azerbaijan olaraq 2-ci görüşümüzü də məhz bu mövzuya - “Gender stereotiplərini qıran kitablar”a həsr etmişik.
Bu maraqlı və aktual mövzunu müzakirə etmək və fikirlərinizi səsləndirmək üçün bütün gender fəallarını, aktivistləri, jurnalistləri, eləcə də qadın hüquqlarının müdafiəsi ilə məşğul olan bütün fərdləri görüşdə iştirak etməyə dəvət edirik.

Görüş yazıçı, feminist, sosial sahibkar Sayalı Baharın təqdimatında 28 iyul 2020-ci il tarixində 19:00-da (GMT+4) ZOOM tətbiqi üzərindən həyata keçiriləcəkdir.

Görüşdə iştirak etmək üçün qeydiyyat linki: https://bit.ly/3jEJL9H
Qeydiyyat üçün son tarix: 28 iyul 2020-ci il, 18:00 (GMT+4)
Qeyd: Vebinar ödənişsiz olaraq könüllü şəkildə həyata keçirilir.
Xəbəri paylaş