Newscenter.az.28.07.2020. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal ASALA terror təşkilatının Avropada yenidən xortladığını deyib.
Newscenter.az-a verdiyi açıqlamada Sərdar Ünsal bildirib ki, terror təşkilatı erməni lobbisi ilə birlikdə yeni terrorlar həyata keçirmək niyyətindədir:
“1970-1980-ci illərdə 34 Türk diplomatı və ailə üzvünü şəhid edən ASALA terror təşkilatı yenidən ortaya çıxıb. Erməni terrorçular üzərinə ASALA yazılan köynəklər geyinərək Avropa və Amerikanın müxtəlif şəhərlərində erməni təxribatını pisləmək üçün aksiya keçirən dinc azərbaycanlılara hücum edirlər”.
Sərdar Ünsal deyib ki, erməni diasporu, ASALA və onun əlaltıları sosial şəbəkə üzərindən türklərin ev və iş adreslərini söyləyənlərə 500 dollar mükafat verəcəklərini bəyan ediblər:
“Artıq erməni diasporası və onun maşası rolunu oynayan ASALA-ya yaxşı bir dərs verməyin zamanı yetişib. Hesab edirəm ki, Avropa və Amerikada erməni terror təşkilatı sayılan ASALA-ya qarşı lazımı tədbirlər alınmalıdır: “Əgər lazımı tədbirlər alınmasa baş verəcək hər hansı hadisələrdə bir türkün burnu qanıyacağı təqdirdə 1980-ci illədə olduğu kimi bu dəfə də Avropanı ASALA terror təşkilatına dar edəcəyik”
Anar