Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstismar olunan avtobusların sayı sərnişin axınına uyğunlaşdırılıb



Newscenter.az.30.07.2020. Normal iş rejimində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları üzrə sərnişin daşımaları 12 hüquqi şəxs və 13 nəfər fiziki şəxs tərəfindən yerinə yetirilirdi. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 68 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 66 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 61 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 195 avtobus istismar edilirdi.

Newscenter.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında sərnişin axını azaldığı üçün istismar olunan avtobusların sayı da sərnişin axınına uyğunlaşdırılıb. Buna müvafiq olaraq sərnişin daşımaları 7 hüquqi şəxs və 13 fiziki şəxs tərəfindən davam etdirilib. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 32 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 53 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 54 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 139 avtobus istismar edilir.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları ilə aprel ayı üzrə 497885, may ayı üzrə 674310, iyun ayı üzrə 590020 sərnişin və iyul ayı üzrə 417070 şərnişin olmaqla, ümumilikdə 2179285 nəfər sərnişin daşınıb.

Sevinc
Xəbəri paylaş