Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pandemiya dövründə gün ərzində daşınan sərnişinlərin sayı 1 milyona yaxın azalıb



Newscenter.az.30.07.2020. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsi çərçivəsində normal rejimdə gün ərzində daşınan sərnişinlərin sayı təxminən 2 milyon 56 min nəfər təşkil edirdi.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin 3 mart tarixində tətbiq olunan təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məhdudiyyətdən sonra 4 mart tarixində avtobusla şəhərdaxili, rayondaxili və şəhərlərarası, rayonlararası sərnişin daşımalarında artıq orta hesabla təxminən 21%-lik azalma müşahidə olunaraq gün ərzində daşınan sərnişinlərin ümumi sayı təxminən 1 milyon 624 min nəfər təşkil edib.

Sevinc
Xəbəri paylaş