Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmirdə qəza: ölən və yaralananlar var



Newscenter.az.12.08.2020. Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,hadisə avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində qeydə alınıb.

Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub.

Nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölmüş, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş