Newscenter.az.19.08.2020. İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, 1 747 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359, bu günə qədər isə ümumilikdə 849 628 test icra olunub.