Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 rayonda 16-29 yaş arası gənclər arasında sorgu keçirilir



Newscenter.az.19.08.2020. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi onlayn formatda fəaliyyətini davam etdirir.

Newscenter.az-a daxil olan məlumata görə, pandemiya dönəminə baxmayaraq, layihənin fəaliyyət planında dəyişikliklər edilərək bir çox fəaliyyət onlayn formatda həyata keçirilmişdir. Bu fəaliyyətlərə Bakı şəhər Xəzər rayon, Biləsuvar, Şəmkir, Tovuz və Qazax rayon İcra Hakimiyyətləri yanında yaradılmış Gənclərdən ibarət Məşvərət Şuraları üzvlərinin inkişafına dəstək məqsədilə keçirilmiş təlimlər və görüşlər aiddir.

Layihənin növbəti mərhələsinə uyğun olaraq payız aylarında layihə əhatə olunan rayonlarda Gənclərin Məşvərət Şurası üzvləri tərəfindən öz icmalarında sosial yönümlü layihələr keçirməsi nəzərdə tutulub. Bu səbəblə layihələrin icrasında effektivliyi və dayanıqlılığın qorunması məqsədi ilə gənclərin fikirlərindən ibarət sorğu keçirilməsinə başladılmışdır. Sorğunun məqsədi 5 rayonda yaşayan gənclərin öz icmalarında qarşılaşdıqları sosial yönümlü məsələlərin həllində fikir və istəklərinin toplanması, bu nəticələrə əsaslanaraq Gənclərin Məşvərət Şuralarının fəaliyyətinin qurulması, eyni zamanda sosial məsələlərin həlli istiqamətində layihələrin hazırlanmasında gənclərin iştirakçılığının təşviq edilməsidir.

Bununla bağlı xüsusi sorğu saytından istifadə edilərək “İcmalarda sosial yönümlü layihələrin icrasında gənclərin iştirakçılığının təşviq edilməsi sorğusu” başlığı ilə sorğu linki yaradılmış və “Mən nə üçün sorğuda iştirak etməliyəm?” sualına uyğun 5 cavab əks olunan posterlər hazırlanmışdır.

Qeyd edilmiş rayonlarda yaşayan gənc olaraq sorğuda iştirak etməyiniz üçün 5 səbəb:

1. Gəncliyin səsini hər kəsə duyurmaq;
2. İcmamda qarşılaşdığım məsələlərin işıqlandırılmasında dəstək olmaq;
3. Sağlam və rifahlı gələcək üçün birləşmək;
4. Fikirlərimi paylaşaraq inkişafa təkan vermək;
5. Həyatıma təsir edən qərarların verilməsində iştirak etmək.

Sorğuda iştirak etmək üçün link: https://bit.ly/346dFhP

Qeyd edək ki, sorğuda iştirak etmək üçün son muraciət tarixi 30 Avqust 2020-ci ildir.
Xəbəri paylaş