Newscenter.az.19.08.2020. “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma rejim terrorçu bir mərkəzdir. Burada terrorçu rejimin başçısı Araik Arutunyanın Gəncə şəhərini vurmaqla bağlı bəyanat verməsi, əsasən birbaşa Yerevanın diktəsi ilə reallaşır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bu, Azərbaycanla danışıqların bundan sonrakı davamında heç bir sülh anlaşmasının olmaycağının göstəricisidir:
“Qarabağdakı terrorçu rejimin bu terrorçu bəyanatı onların işğal olunmuş ərazilərdə nə qədər region üçün təhlükəli bir sistem olduğunun göstəricisidir. Təbii ki, Rusiyanın Ermənistana son günlərdə göndərdiyi tonlarla silah-sursatdan qeyzlənərək belə bir açıqlamalar verməsi, burada Rusiya faktorunun da olması istisna edilməməlidir”.
Politoloq hesab edir ki, rəsmi Bakının hazırkı siyasəti, Türkiyə ilə birgə hərbi təlimlər fonunda indiki mərhələdə Ermənistana hərbi təzyiqləri yaxın perspektivdə mümkündür: “Çünki, Ermənistan danışıqlara getməyəcək. Gedərsə də burada kompromisə getməsi gözlənilmir. Ona görə də Rusiya Ermənistana silah-sursat göndərməklə çalışır ki, bir növ münaqişənin həllində hər hnası sülh prosesinin qarşısnı alsın”.
Mehman