Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Lotu Quli”ni öldürən şəxs danışdı



Newscenter.az.21.08.2020. “Lotu Quli” ləqəbli Nadir Səlifovu öldürməkdə ittiham olunan yaxın dostu “Xan Əhmədlinski” ləqəbi ilə tanınan kriminal avtoritet və sürücüsü Amir Həmidli saxlanılıb.

“Baku.ws” xəbər verir ki, “Xan Əhmədlinski” Nadir Səlifovla birlikdə böyüdüklərini söyləyib.

O, dindirilmə zamanı cinayəti törətdiyini etiraf edib. Bununla yanaşı o, bir sıra məqamlara da aydınlıq gətirib.

“Nadiri heç sevmirdim. Onunla birlikdə yaşadıq, birlikdə böyüdük. Uzun illər onun cangüdəni olmuşam. Amma onu heç sevmirdim, sadəcə dözürdüm. Sevməyərək illərlə bu işi gördüm. Sevmədiyim üçün də onu öldürdüm”.
Xəbəri paylaş