Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağda qapalı məkanda çay evi aşkarlandı



Newscenter.az.21.08.2020. Qaradağ rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq qapalı məkanda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilən tədbir zamanı “Park kafe” çay evində müştərilərə qapalı məkanda xidmət göstərildiyi və qəlyan verildiyi məlum olub.

Obyektə baxış zamanı oranın sahibi və daha 13 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib və onlar məsuliyyətə cəlb ediliblər.
Xəbəri paylaş