Newscenter.az.22.08.2020. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Bərdə rayonu, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Ağcabədi rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Beyləqan rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Bu barədə Newscenter.az-a “Azəriqaz”dan bildirilib.
Məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Qəbulda bölgənin 30-dan çox vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən yaşayış məntəqələrinin qazlaşdırılması, küçə qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Əksər müraciətlərin icrası təmin edilib və bu barədə Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxslərinə yerindəcə müvafiq tapşırıqlar verilib.
Zaur