Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir neçə çayda sel baş verib



Newscenter.az.22.08.2020. Milli Hidrometeorologiya Xidmətinin avqustun 22-si saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Zaqatala, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Ağstafa, Balakən, Tovuz, Şəmkir, Yevlax, Dağkəsəmən (Qazax), Şərur, Göygöl, Xınalıq, Ceyrançöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Balakən, Zaqatala ərazisinə yağan güclü yağış nəticəsində Balakənçay, Talaçaydan və Zaqatala məntəqəsindən sel keçib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb.
Xəbəri paylaş