Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat fənər işığında seçicilərini qəbul edib-FOTOLAR



Newscenter.az.22.08.2020. Biləsuvar rayonundan Milli Məclisə deputat seçilmiş Bəhruz Məhərrəmovun seçiciləri qəbulu zamanı arzuedilməz olay yaşanıb.

Newscenter.az xəbər verir ki, görüş zamanı elektrik enerjisinin verilişi dayandırılıb. Lakin buna rəğmən deputat mobil telefonun fənərinin işıqlandırma sistemi ilə seçici qəbulunu davam etdirib.

Görüş barədə məlumat verən deputat qeyd edib ki, görüş gec saatlara, 22.00-a qədər davam edib:

"İşin qızğın çağında işıqlar bizə məlum olmayan səbəblərdən sönsə də düşünürəm ki, görüşümüz səmərəli oldu. Müraciətlərin böyük əksəriyyəti yerli səviyyədə həll oluna biləcək problemlər olsa da vətəndaşların işləri aylarla və bəzən hətta illərlə uzanıb. Problemləri nəzarətə götürdük, bazar ertəsindən etibarən aidiyyatı strukturların diqqətinə çatdırmaqla həllinə çalışacağıq".

Anar
Xəbəri paylaş