Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramiz Mehdiyevin kürəkəni hakim qarşısına çıxarılıb



Newscenter.az.22.08.2020. Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilir.

"Report" xəbər verir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.

Bu xətaya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.

Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cəzalandırılacağı ehtimal edilir. Həmin maddə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.
Xəbəri paylaş