Newscenter.az.22.08.2020. Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.
Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.