Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İcra başçısı şəhid atası və Qarabağ əlillərini onlayn qaydada qəbul edib



Newscenter.az.4.09.2020. İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid atası və Qarabağ müharibəsi əlilləri onlayn qaydada qəbul edilib.

Newscenter.az-a İcra Hakimiyyətindən bildirilib ki, müraciət edən Mollaisaqlı kənd sakini, şəhid atası Bağıyev Qnyaz nəvəsinin ödənişli təhsil aldığına görə gəlininin işlə təmin edilməsini xahiş edib. Qarabağ müharibəsi əlilləri isə mənzil və həyətyanı torpaq sahəsi, həmçinin evlərinə qaz, su və elektrik xətlərinin çəkilməsi ilə bağlı problemlərindən danışıblar. Qəbulda rayon rəhbəri tərəfindən müraciətlərin bəzisi ilə bağlı qanunamüvafiq izahat verilib, digərləri ilə bağlı aidiyyatı üzrə tapşırıqların veriləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bütün dövlət orqanlarında qəbullar dayandırılıb. Cənab Prezident İlham Əliyev çıxışlarında məmurlara ölkə vətəndaşlarının problemlərini diqqətdə saxlamağı tapşırıb. Bu səbəbdən RİH başçısı tərəfindən imtiyazlı vətəndaşlar mütamadi olaraq onlayn qəbul edilir.

Anar
Xəbəri paylaş