
Qazaxıstanda həkimləri xəstə yaxınlarının fiziki təzyiqləri, zoorakılıqlarından qorumaq xəstəxanalarda polis postları yaradılır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ilkin olaraq paytaxt Astana xəstəxanalarında polis postları təşkil edilib. Məlumata görə, Astanada 6 xəstəxanada gecə-gündüz işləyən polis postları yaradılıb.
Bu qərar xəstələri müşayiət edən insanların tibb işçilərinə hücumlarının sayının artması ilə əlaqədar qəbul edilib. Həkimləri polis idarəsi yanında ixtisaslaşmış mühafizə xidmətinin mütəxəssisləri qoruyacaq.
Analoji mühafizə postları tezliklə 1 və 3 saylı şəhər çoxsahəli xəstəxanalarında, eləcə də şəhər perinatal mərkəzində quraşdırılacaq.
Cavid İmaməliyev