Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti Qırğızıstana səfər edəcək

Özbəkistan prezidenti Qırğızıstana səfər edəcək



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qırğızıstana səfər edəcək.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, səfər barədə müzakirələr Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidovun Qırğızıstana səfəri zamanı aparılıb. Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev ilə görüş zamanı iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2025-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalanıb.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair açıq və konstruktiv fikir mübadiləsi aparıblar. Əsas diqqət ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, transsərhəd infrastrukturun inkişafına yönəldilib, regional inteqrasiya və davamlı inkişaf sahəsində əlaqələndirilmiş fəaliyyətin zəruriliyi vurğulanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş