Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan diaspor gənclərinin şəhid ailələri ilə görüşü keçirilib



Newscenter.az.11.09.2020. Diasporla İş Üzrə Dövlət Komitəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə diaspor gənclərinin şəhid ailələri ilə virtual görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir Versal Universitetinin elmi işçisi, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Günel Səfərovanın moderatorluğu ilə baş tutub. Videogörüş ölkəmizin dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə Dövlət Komitəsinin beynəlxalq əlaqələr və protokol şöbəsinin baş məsləhətçisi İlqar Məcidli, Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, polkovnik İlqar Mirzəyevin övladları Elvin Mirzəyev və Gülnarə Mirzəyeva, Fransada Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) üzvü, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyeva və Ukrayna Azərbaycanlılarının Gənclər Radasının sədr müavini Möminə Səttarova çıxış ediblər.

Natiqlər bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir və onları tanımaq, xatirələrini yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Qeyd edilib ki, vətənpərvərlik mövzusu gənclərimiz üçün hər zaman gündəmdə olan və strateji əhəmiyyətli mövzudur. "Vətənimiz uğrunda şəhid olan, torpaqlarımızın müdafiəsi üçün canlarını fəda edən qəhrəman oğulların yaxın ailə üzvlərinin tədbirdə iştirak etmələri bizim üçün qürurvericidir. Dövlətimizin və xalqımızın təhlükəsizliyi naminə xidmət göstərən oğullarımızla fəxr edirik", - deyə natiqlər vurğulayıblar.
Xəbəri paylaş