Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəb direktorları ilə onlayn konfrans keçirilib



Newscenter.az.17.09.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar keçirilən konfransda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Konfrans iştirakçılarını salamlayan idarə müdiri ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, ümummilli liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib. İdarə müdiri Rəşad Tağıyev koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına inandığını deyib.

İdarə müdiri 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edildiyini diqqətə çatdırıb.

Koronavirusla əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşıldığını qeyd edən R.Tağıyev təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydaları və COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydalarına ciddi riayət etmələrini tövsiyə edib.

R.Tağıyev təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb.

Konfransda çıxış edən İdarənin müdir müavini İlhamə Abdullayeva yeni dərs ilində mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədrisin təşkilində məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladıb.

Həmçinin müdir müavini məktəblərdə mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı görülən işlər, sosial davranış qaydalarının təşviqi, məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, şagirdlərin diaqnostik qiymətləndirilməsi məsələləri haqqında da fikirlərini bildirib. Pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, təhsilverənlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsinə ciddi riayət edilməsinin vacibliyini qeyd edib.

Konfransda çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov yeni dərs ilinin yeni tələblər və yeni qaydalarla müşayiət olunduğunu bildirib. Ölkəmizdə pandemiya dövründə həyata keçirilən tədbirlərdə insanların sağlamlığının prioritet məsələ kimi daim öndə olduğunu deyən sektor müdiri sanitar-gigiyenik normalara riayət edilməsinin əhəmiyyətini xüsusilə qeyd edib. B.Məmmədov mövcud vəziyyətdə hər cür fədakarlıq göstərən təhsil işçilərinə, müəllimlərə ictimai dəstək verilməsinin zəruriliyinə diqqət çəkib. Sektor müdiri ictimaiyyətlə əlaqə işinin və qarşılıqlı informasiya mübadiləsinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği məsələlərinə də toxunub.

Daha sonra məktəb direktorlarını maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.

R.Mehdiyeva
Xəbəri paylaş