Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın faşist rejimi hərbi əməliyyatlara uşaqları cəlb etməsinə görə sərt cəzalandırılmalıdır



Newscenter.az.26.10.2020. Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatıb. Ötən müddət ərzində Ermənistan Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Bu, bir daha Ermənistanın faşist mahiyyətini sübut edir, dövlət səviyyəsində reallaşdırılan terror siyasətini dünyaya nümayiş etdirir. Lakin çox təəssüflər olsun ki, dünya susur və bu da işğalçının daha da azğınlaşmasına səbəb olur.

Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl atıb. Ermənistanın faşist rejimi Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sosial şəbəkələrdə bu barədə yayılan görüntülərdən bir daha Paşinyan rejiminin təcavüzkarlıq, işğalçılıq mahiyyətini açıq şəkildə görürük. Yetkinlik yaşına çatmayanların topçulara kömək etməsi, qız uşaqlarını məcburi qaydada avtomatları tutmağa cəlb edilməsi beynəlxalq hüququn pozulmasıdır, cinayətdir.

Ermənistanın faşist rejimi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir. Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Necə ki, 27 ildir BMT Təhlükəsizlik Şurasının 4 mühüm qətnaməsinə hörmət etmir. Elə məhz dünyanın bu etinasızlığı, Ermənistana münasibətdə loyallıq nümayiş etdirməsi işğalçı faşist rejimini daha da quduzlaşdırır. Əgər dünya Ermənistanın timsalında daha utandıcı faktlar görmək istəmirsə, Paşinyan rejiminin beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməli, cəzalandırmalı, sanksiyalara məruz qoymalıdır.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş