Newscenter.az.6.12.2020. Ermənistan təzminat müqabilində ilkin olaraq Qafan aeroportunu Azərbaycana verməlidir.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, deyib ki, ölkəmiz də bunu tələb etməlidir:
"Sərhədlərin delimitasiya və demarkasiyasında aeroportun bir hissəsi Azərbaycan ərazisinə düşür. Azərbaycan bu aeroportdan Yaxın Şərq ölkələrinə uçuşlar həyata keçirə və beynəlxalq tranzit kimi istifadə edə bilər".