Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtaliya-Azərbaycan Universitetinin binası tikiləcək



Newscenter.az.7.12.2020. “İtaliyaya dövlət səfərim çərçivəsində eyni zamanda təhsil sahəsində əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra bu məsələ ilə bağlı müvafiq göstərişlər mənim tərəfimdən verilib”.

Newscenter.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir”, - Prezident əlavə edib.
Xəbəri paylaş