Newscenter.az.7.12.2020. Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında danışıqlar başlayıb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti bildirib.
Tərəflər arasında ikitərəfli, habelə Avrasiya İqtisadi İttifaqı, KTMT, MDB çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin Dağlıq Qarabağa dair üçtərəfli bəyanatın icrası məsələləri müzakirə olunacaq.