Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya güzəştə getmək lazım deyil



Newscenter.az.9.12.2020. “Rusiyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağa qoyması Kremlin müəyyən təzyiq vasitəsidir. Azərbaycan-Turkiyə əlaqələrinin inkişafı, birgə keçirilən parad və Ərdoğanın Bakıya gəlişi fonunda bu qadağa təsadüfi deyil”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, deyib ki, Rusiyaya qəti güzəştə getmək lazım deyil:

“Rusiyaya güzəştə getsək yenə də üstümüzə gələcək. Kreml Xocalı aeroportunun açılmasında maraqlıdır və Xankəndində möhkəmlənmək kursu götürüb. Rusiyanın yeni istəkləri Xocalı aeroportunun açılmasıdır. Kreml məhz bu kontekstdə təzyiqlərini davam etdirəcək”.


Politoloq deyib ki, bundan əlavə, Rusiya Azərbaycanın onun orbitində olan KTMT və Avrasiya İttifaqına üzv olması üçün bu kimi təzyiqləri genişləndirir:

“Azərbaycan Ermənistana görə bu təşkilatlara üzv olmurdu. İndi isə, Ermənistan məğlub olub. Moskva yeni siyasi nizamda Azərbaycanı bu təşkilatlarda görmək istəyir. Azərbaycan Türkiyə ilə hərbi müttəfiqliyini inkişaf etdirməli, Rusiyanın heç bir proyektində yer almamalıdır. Bu Azərbaycanın təhlükəsizlik və milli maraqlarına cavab verir. Rusiyanın Qarabağda fəaliyyəti bir müddətdən sonra daha da qabarıq görsənəcək. Rusiya ilə Azərbaycan arasında Qarabağla ciddi fikri ayrılıqları gözlənilir. Moskvanın bu təzyiqlərini Türkiyə neytrallaşdıracaq”.

Mehman
Xəbəri paylaş