Newscenter.az.10.01.2021. "44 gün qanlı müharibə apardıq, 125 deputatın ən az 100-ü qeybə çəkilmişdi. Kimi küsmüşdü, kimi karantində idi, kimi əvvəldən danışmırdı və s. Prezident hər gün müsahibə verirdi, barı çıxıb həmişəki kimi onun dediklərini təkrar da etmirdilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, qeyd edib ki, yanacağın qiymətinin qalxması, çoxuna xoruz banı oldu:
"Hamısı zühur etdi sanki. Müharibə mövzusunda bir şey bilməsələr də, benzin mövzusuna çox hakimdirlər. Çox uğursuz müqayisələr aparıb, qaş düzəltmək əvəzinə, göz çıxarırlar. Hələ Qarabağ münaqişəsindən də az yaşı olub, benzinlərimizin qiymətlərinin müzakirəsinin aparıldğı ölkədə elmlər doktoru alması ilə öyünən deputatımız da var".
Mehman