Newscenter.az.10.01.2021. Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.
“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Tərəflər 9 noyabr bəyanatının yerinə yetirilməsi, bölgədəki problemlərin həlli istiqamətində addımları müzakirə etməyi planlaşdırırlar.