Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov yazır: "Bizim ən böyük bəlamız korrupsiyadır, rüşvətxorluqdur"



Newscenter.az.10.01.2021. Baş verən son hadisələr bir daha təsdiqlədi ki, bizim dövlət və xalq olaraq ən böyük prolemimiz Qarabağ məsələsi deyilmiş. Korrupsiyadır, rüşvətxorluqdur və bir çox məmurlar tərəfindən dövlət əmlakının talanmasıdır.

Baxırsan ki, adamlarda bir fitri istedad var. Hər şeydən pul çıxarırlar. Xalçadan milyonlar çıxarartmaq qabiliyyəti varmış bizim Spayder məmurlarımızın. Bitmir ki, bitmir! Axtarsan bu xalça maqnatı da köhnə şəbəkədən çıxacaq.

Heç də, erməni təcavüzkarlarından az zərər vurmurlar və vurmayıblar bizə. Əksinə, ermənilər bizi dövlət və xalq olaraq hər gün güclənməyə, inkişaf etməyə və günlərin birində bir iradə ətrafında dəmir yumruq kimi birləşməyə vadar etdilər. Və işğal problemi günlərin birində həll ediləcək qədər konkretlik xüsusiyyətinə malik idi. Korrupsiya isə, koronavirusun xəstələndirib, ancaq öldürməyən və ömürlük şikəst, yarasız edən formasına bənzəyir.

Birini kabinetdə tuturlar, o biri maşında edir, maşında tutulanı görən, evdə işini görür. Digəri bu yerlərdəkiləri azdırmaq üçün restoranda alır, yürüşdə ötürür. Ancaq bilənlər bilir, bilməyənlər də bilsin ki, rüşvəti təkcə almaq deyil, vermək də cinayətdir. Çox təəssüflər olsun ki, elə verənlər alanlara yeni metodları tapmaqda köməklik edir.

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş