Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MHP sədri: "Moskva görüşünün xalqımızın mənafelərinə uyğun nəticələnəcəyindən şübhəmiz yoxdur”



Newscenter.az.11.01.2021. “Bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşün ölkəmizin, xalqımızın mənafelərinə uyğun nəticələnəcəyindən şübhəmiz yoxdur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə bir araya gəlir:

“Ermənilərdən fərqli olaraq biz azərbaycanlılar bu görüşə görə qətiyyən narahat deyilik. Çünki mövqeyimiz qalib ölkənin və qalib liderin mövqeyidir. Əliyev qalib, Paşinyan isə məğlub tərəfin təmsilçisidir”.

MHP sədri deyib ki, görüşün prioritet müzakirə məsələləri sırasına 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın şərtlərinin tam yerinə yetirilməsi üçün atılması gərəkən addımlar, sülhməramlıların fəaliyyəti ilə bağlı məsələlər, Rusiya-Türkiyə Müşahidə Mərkəzinin fəaliyyətə başlaması, bölgədə ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, rabitənin şaxələndirilməsi (Laçın, Mehri dəhlizləri), sərhədlərin delimitasiyası və s. daxildir:

“Bu məsələlərin hər birində mövqeyimiz bəlli, arqumentlərimiz və əsaslarımız isə kifayət qədər güclüdür. Odur ki, diplomatik savaşın bu növbəti mərhələsinin də bizim xeyrimizə nəticələnəcəyinə tam əminik”.

Anar
Xəbəri paylaş