Newscenter.az.11.01.2021. Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin Qarabağla bağlı sabahkı, 11 yanvar 2021-ci il tarixli görüşündən nələr gözləmək olar?
Bu barədə öz şəxsi müşahidə analizdən doğan fikirlərimi bildirim.
Bu görüşün ciddi və mühümlüyü, danışıqların təxmini nəticəsi yəqin ki, əsasən, əvvəlcədən razılaşdırılmış olmalıdır. Əks halda, qaranlıq gümanlarla bir qayda olaraq, ölkə rəhbərləri belə uzaq görüşə getmirlər. Günü Moskva ilə zənglər və səfərlərdə olan Paşinyandan fərqli, neçə müddət Moskvaya səfər etməyən İlham Əliyev isə, bunu heç etməz. Yəni, danışıqlar və nəticələr mühüm əhəmiyyətli olmalıdır, bütün bu ərəfədəki proseslər və təxminlərə görə.
Danışıqlar nə mahiyyət və ətrafda ola bilər?
Hesab edirəm ki, bu görüş əsasən regionda sülh, əminamanlıq, qarşılıqlı iqtisadi maraqlar və əməkdaşlığa hesablanıb. Çünki, münaqişə yöndə Azərbaycan qalib, Ermənistan məğlub olması ilə barışıb, sülh yönlüdürlər. Rusiyanın isə Dağlıq Qarabağdan yararlanıb regionda gərginlik yaradıb hegemonluq etmək və hər iki ölkəni təzyiqi altında amaq iştahası artıq bitib.
İndi bu saat, Rusiya Qafqaz bölgəsində yalnız müvəqqəti və düzgün qaydalı (!) sülhməramlılıq və böyük, sərfəli iqtisadi proyektlərin sülhsevər iştirakçısı kimi çıxış etməlidir. Buna məcburdur.
Və buna görə də, zənnimcə, gündəmdə əsas 3 məsələdir:
- 10 noyabr 3 tərəfli razılaşma bəyannaməsinin normal beynəlxalq hüquqi norma sənədi halına gətirilməsi. Və bu razılaşma ilə bağlı qaranlıq və qeyri-müəyyənlik yaradan bir sıra nyuanslara
bəyanatın tənzim imkanını artıqma məqsədli
dəqiqləşdirmələr, ola bilsin, əlavələr edilməsi, .
- Naxcıvan dəhlizi, Mehridə geniş sahə (!) və bölgədə digər kommunikasiyaların qurulması.
- Prezident İlham Əliyevin irəli sürdüyü, Qafqaz regionundakı 6-lıq iqtisadi platforması (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ermənistan) qurulması prosesinə hazırlıq.
Görüşə kim, nə ilə və nə məqsədlə gedir? Əslinə qalsa, Azərbaycan və Ermənistanın arasında elə bir problem qalmayıb, hər şey aydın. Əsas problem Azərbaycan və Ermənistanla Rusiya, Putin arasındadır, faktiki olaraq, real yanaşsaq.
Belə hesab edirəm ki, Paşinyanın məqsədi əsasən, öz hakimiyyətini möhkəmləndirmək, bu görüşlə özünü Moskvaya faktiki və praktiki tanıtdırmaqdir, Rusiya onun üzərində dayanıb İrəvanda qarşıdurma siyasətinə son versin. Və təbii ki, regionda iqtisadi və siyasi məsələlər, Mehri dəhlizi, sərhədlərin delimitasiyası və s.
İlham Əliyevin görüşdə əsas maraq məqsədi Azərbaycanın Qarabağ məsələsi ilə bağlı suverenliyi və ərazi bütövlüyü söhbətinə artıq birdəfəlik son qoymaqdır. Bu dəfə İlham Əliyev əminlik və tələblə gedir Moskvaya. Nədən?
- Rusiya Azərbaycana işğalçı kimi yox (bəhanə tapıb girə də bilərdi!), rəsmi razılaşma, dünyaya bəyan etdiyi kimi sülhməramlı, vasitəçi, tərəfsiz barışdırıcı rolunda gəlib. Məcburdur ki, bu yolu sonacan 5 il tutsun. Amma, Qarabağda "Suriya islamçı terrorçu qrulaşmaları" və yaxud vurulan vertolyotu bəhanə etməklə top-tüfəng, raketlə girsəydi, çıxmazdı ki, buradan Rusiyaya təhlükə var. Bu bəhanəni də Narışkin "sənədli" məlumatı və guya "Azərbaycandan Şimali Qafqaza daxil olan terror faktı" qurama adı ilə həyata keçirmə planlaşdırılırdı. Məhz, o ara bütün bu təhlükəni sovuşdurub Moskvanı sülhməramlı "ağsaqqal" rolu tələsinə yönəldən, İlham Əliyev və Təyyub Ərdoğan birgə və incə qardaşlıq siyasəti oldu.
- 2 aylıq fəaliyyəti dövrü Azərbaycan özü səbir və təmkinlə qəsdən Sülhməramlıların missiya pozuntularını izlədi, qeydə aldı, faktlaşdırdı və əsas yarandı ki, beynəlxalq şikayətə başlayıb, bu missiyadan imtina etsin. Sonda isə XİN və Prezident çıxış, bəyanatla, minnətlə Moskvaya xəbərdarlıq, təpki etdi, Rusiyaya yerini gõstərdi.
- Bu müddətdə Azərbaycan artıq öz regional təhlükəsizliyini qurdu, qardaş Türkiyənin çox xeyli hərbisi artıq Azərbaycandadır, Rusiyanın bilib, məcbur qalıb etiraz etməməsi ilə. Elə yalnız son bir neçə gündə 25-ə yaxın Türkiyənin böyük hərbi yük təyyarəsi uçuş edib və gətirib (!) Azərbaycana.
Beləliklə düşünürəm, Moskvada Azərbaycanın Qarabağla bağlı 3 əsas qəti tələbi olmalıdır:
1. Dağlıq Qarabağ ərazisindən bütün Ermənistan və yerli erməni silahlı qüvvələri çıxarılir.
2. Dağlıq Qarabağa gələn bütün xarici vətəndaşlar Azərbaycandan viza almalıdır, bütün yüklər Azərbaycan gömrüyündən keçməlidir.
3. Dağlıq Qarabağda bütün özünü idarəetmə orqanları Azərbaycan və Sülhməramlıların birgə razılaşması ilə təyin olunmalıdır.
4. Dağlıq Qarabağda Azərbaycan üçün yurisdiksiya, inzibati, dövlət orqanları, kommunikasiyaların, gediş-gəliş, azərbaycanlı əhalinin kcürülməsinin açılışı və s. və i.
Və bir də təbii ki, Azərbaycanın bu gõrüşdə məqsədi xeyli böyük regional iqtisadi, geosiyasi proyektləri reallaşdırmaqdır, õlkənin mühüm Şimal-Cənub və Qərb-Şərq iqtisadi, siyasi və s. əlaqələr qovşağına çevrilməsi ilə bağlı.
Qaldı, Rusiyanın bu gõrüşdə istək, məqsədi.
Hiss olunur ki, Rusiya, xüsusilə də ABŞ-da hakimiyyətə qeyri-dostu Cozef Bayden gələndən sonra Azərbaycan və Türkiyə ilə dostluq müttəfiqlik qədər yaxınlaşmaq istəyir. Xüsusən də, Naxcıvan dəhlizi proyekti, Qafqazın iqtisadi sülh regionu, Azərbaycanın güclü qovşaq rolunda olması qazılıq istəyi ilə çox meyllidir Putin. Anlayır ki, daha gərginlik, təzyiq metodu arxada qaldı. Olsun, biz də, region da və hamı onu istəyir, Putin, Rusiya nəhayət qonşularla normal yaşayış, rahatlıq, sülh yolu gõtürsün xoşluqla. Və bununla da, Rusiyanın postsovet məkanında ilk olaraq Qafqazda, hegemonsuz münasibəti qurulsun.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Yekunda bir məsələni də bilək ki, bütün bu proseslərin içində və həm də kökündə qardaş Türkiyə, sayın Ərdoğan var, başdan ayağa kimi.