Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quş qripi ilə bağlı növbəti epizootoloji monitorinqlər başlandı



Newscenter.az.11.01.2021. Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə mövsümü epizootoloji monitorinqlərə başlanılıb. Monitorinq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən regional sınaq laboratoriyalarının əməkdaşlarının iştirakı ilə keçirilir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, çöl quşları arasında monitorinqlər Şabran rayonundakı Ağzıbir Ovçuluq Təsərrüfatını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə çalışan əməkdaşları tərəfindən çöl quşlarının ovlanmasını əhatə edir. Eyni zamanda Bakı şəhərindəki, Abşeron, Salyan, Lənkəran, Neftçala, Sabirabad, Ucar, Beyləqan, Qobustan, Lerik, Cəlilabad, Şabran, Xızı və Siyəzən rayonlarındakı sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərindəki, Abşeron, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarına ümumi baxış keçirilməklə, laborator müayinə aparlması üçün ev quşlarından diaqnostik nümunələr götürülməsi, həmçinin epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulur.

Monitorinqlər zamanı çöl quşlarından götürülən patoloji materiallar və ev quşlarından alınan diaqnostik nümunələr müayinə üçün AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına göndəriləcək.

Qeyd edək ki, monitorinqlər 11-15 yanvar 2021-ci il tarixlərini əhatə edəcək.

Orxan
Xəbəri paylaş