Newscenter.az.11.01.2021. Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Qeyd edilir ki, yeraltı təkanlar ötən gün yerli vaxtla saat 22:53-də Ankara əyalətində qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilib. Təlaş keçirən bəzi sakinlər evlərini tərk ediblər.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.