Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xızıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlandı



Newscenter.az.11.01.2021. Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı RPŞ-nə polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Mehman
Xəbəri paylaş